AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Xocavənddə tank əleyhinə mina tapılıb

2017-11-13 16:04 | www.apa.az | 42

Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Qarasu kəndi ərazisində mərminin olması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq mina noyabrın 13-də partlayış yolu ilə zərərsizləşdirilib.

Bu kateqoriyadaki digər xəbərlər