AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Bakıda mənzildən orta yaşlı qadının meyiti tapılıb

2017-11-16 00:31 | www.oxu.az | 48

Paytaxtın Xətai rayonunda mənzildən meyit tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü Zeynalova Sevinc Raqif qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

S.B.

Bu kateqoriyadaki digər xəbərlər