AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Kestutis Yankauskas: "2018-ci ilin Azərbaycan və Aİ arasında daha məhsuldar il olacağını düşünürəm"

2018-01-12 20:54 | www.apa.az | 15

"2018-ci ilin Azərbaycan və Avropa  İttifaqı  (Aİ) arasında daha  dinamik, məhsuldar il olacağını düşünürəm".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib. 

Səfir bildirib ki, 2018-ci ildə Aİ Azərbaycanda bir sıra mədəni tədbirlər həyat keçirməyi  düşünür: " Yeni layihələr, sazişlərlə bağlı  danışıqların davam etdirilməsi, yeni razılaşmaların olması gözlənilir. "İmagine" festivalını bu il də davam etdirəcəyik. Bölgələrə  səfərlərimiz gözlənilir".

2018-ci ilin Azərbaycanda Cümhuriyyət  ili elan olunduğunu xatırladan səfir deyib ki, Avropa Cümhuriyyətin 100 illiyinin qeyd edilməsində  Azərbaycanla birlikdə  olacaq,  Azərbaycanın dəyərlərini təşviq edəcək.

Bu kateqoriyadaki digər xəbərlər