AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Türkiyədə Rusiya səfirinin qətli ilə əlaqədar daha bir nəfər həbs edilib

2018-01-12 21:21 | www.apa.az | 20

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sabiq Türkiyə informasiya və kommunikasiya texnologiyaları idarəsinin əməkdaşı olan şəxsin adı açıqlanmır.

Həbs edilən şəxsə  qarşı "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib.

Bu kateqoriyadaki digər xəbərlər