AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Aİ İtaliyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsini mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş fəaliyyətini gücləndirmək öhdəliyini yüksək qiymətləndirir

2018-01-12 23:04 | www.trend.az | 12

Bakı. Nigar Quliyeva - Trend:

Avropa İttifaqı İtaliyanın həlli uzanmış münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş ATƏT-in səylərini gücləndirilməsi üzrə öhdəliyini yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Aİ-nin ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq edilən bəyanatında bildirib.

Bəyanatda qeyd edilir ki, ATƏT ərazisindəki həlli uzanmış münaqişələr diqqət mərkəzində qalmaqda davam edir.

Bəyanatda qeyd olunur: "Biz həll uzanmış münaqişələri mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş ATƏT-in səylərini gücləndirmək öhdəliyini alqışlayırıq. Biz münaqişələrin humanitar aspektlərinə olan davamlı diqqəti yüksək qiymətləndiririk ".

Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən İtaliya ATƏT-də sədrlik edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bu kateqoriyadaki digər xəbərlər