AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İran XİN rəhbəri: “ABŞ nüvə razılaşmasını pozmağa çalışır”

2018-01-13 00:30 | www.apa.az | 18

ABŞ-ın hərəkətləri İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib.

APA-nın xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də yazıb.

“Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Xüsusilə, sazişin 26,28 və 29-cu bəndlərini. Hərtərəfli Birgə Fəaliyyət Planına yenidən baxıla bilməz. Eyni ifadələri təkrarlamaq əvəzinə ABŞ sazişə riayət etmə yolunu tutmalıdır", nazir yazıb. 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Bu kateqoriyadaki digər xəbərlər