AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İran XİN rəhbəri: ABŞ nüvə razılaşmasını pozmağa çalışır

2018-01-13 00:49 | www.oxu.az | 17

ABŞ-ın hərəkətləri İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də yazıb.

“Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Xüsusilə, sazişin 26,28 və 29-cu bəndlərini. Hərtərəfli Birgə Fəaliyyət Planına yenidən baxıla bilməz. Eyni ifadələri təkrarlamaq əvəzinə ABŞ sazişə riayət etmə yolunu tutmalıdır", - nazir yazıb.

A.M.

Bu kateqoriyadaki digər xəbərlər