AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İsrail ordusu ilə toqquşmalarda 73 fələstinli yaralanıb

2018-01-13 01:34 | www.apa.az | 19

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 73 fələstinli yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  agentliyinə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Yanvarın 12-də iğtişaşlar zamanı 73 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 200-dən çoxu gözyaşardıcı qazdan zəhərlənib”, məlumatda deyilir.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar bir aydan çoxdur ki, davam edir.

Bu kateqoriyadaki digər xəbərlər