AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Sukerberqin dediyi söz, onu 3 milyard dollar ziyana salıb

2018-01-13 01:51 | www.oxu.az | 16

Mark Sukerberqin “Facebook”un xəbər lentinə ediləcək dəyişikliklər barədədə verdiyi məlumat, onu 2.9 milyard dollar ziyana salıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunur ki, Sukerberqin rəhbəri olduğu şirkətin aksiyaları 3.9 faiz ucuzlaşıb. Beləliklə də, onun sərvəti 77.3 milyard dollardan 74.4 milyard dollara düşüb.

Xatırladaq ki, Mark Sukerberq öz sosial hesabında bildirib ki, “Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.

“Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, – deyə məlumatda bildirilir.

O, həmçinin əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək.

Sukerberq həmçinin xatırladıb ki, “Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar.

A.M.

Bu kateqoriyadaki digər xəbərlər