AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İsrail ordusu ilə toqquşmalarda 290 fələstinli xəsarət alıb - YENİLƏNİB

2018-01-13 03:38 | www.apa.az | 22

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 300-ə yaxın fələstinli xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanvarın 12-də xəsarət alanların sayı 290 nəfərə çatıb. Onlardan 45-i döyüş gülləsi, 30 nəfər isə rezin güllələrdən xəsarət alıb. 215 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Cəmiyyətin nümayəndəsi İrab əl Fukah bildirib. 

Fələstinin Səhiyyə nazirliyindən ağır yaralıların olmadığını bildiriblər. 

***

01:34

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 73 fələstinli yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  agentliyinə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Yanvarın 12-də iğtişaşlar zamanı 73 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 200-dən çoxu gözyaşardıcı qazdan zəhərlənib”, məlumatda deyilir.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar bir aydan çoxdur ki, davam edir.

Bu kateqoriyadaki digər xəbərlər