AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Əfqanıstanın şimalında 17 “Taliban” silahlısı məhv edilib

2018-01-13 04:12 | www.apa.az | 21

Əfqanıstanın şimalında xüsusi əməliyyat nəticəsində azı 17 “Taliban” silahlı məhv edilib.

 APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə yerli polis nümayəndəsi Səid Sərvər Hüseyni bildirib.

Əməliyyat ölkənin Balx əyalətində  keçirilib. Onun sözlərinə görə, yanvarın 12-də silahlıların sığınacağına edilən hücum zamanı azı 17 “Taliban” üzvü öldürülüb.

“Taliban” məlumatı hələ ki, şərh etməyib.

Qeyd edək ki, son aylar ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.

Bu kateqoriyadaki digər xəbərlər