AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Düşmən yaşayış evlərini atəşə tutdu – FOTO

2018-01-14 21:49 | www.oxu.az | 15

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın təmas xəttinə yaxın ərazidə yerləşən kəndini atəşə tutub.

Oxu.Az-ın məlumatına görə, Report-un Qarabağ bürosu xəbər verir ki, düşmən atəşinə rayonun işğal altında olan Şıxlar və Orta Qərvənd kəndləri ilə üzbəüz mövqedə yerləşən Mireşəli kəndi məruz qalıb.

Yüngül atıcı silahlardan atılan güllələr fərdi yaşayış evlərinə və texnikaya dəyib.

Kənd icra nümayəndəsi Məhərrəm Quliyevin verdiyi məlumata görə, bir neçə evin dam örtüyü ilə bərabər kənd sakini Elman Məmmədova məxsus traktora da ziyan dəyib.

Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub. Hazırda cəbhə kəndində nisbi sakitlikdir.

Bu kateqoriyadaki digər xəbərlər