AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Rusiyada atışma nəticəsində, 1 nəfər ölüb, iki azərbaycanlı qardaşlar yaralanıb

2018-01-19 02:16 | www.apa.az | 18

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  ilkin məlumata əsasən, münaqişə şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.  

Məlumata görə, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.  

Atəş açan şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. “İnfiniti” və “Lada Priora” markalı avtomobillərin axtarışı istiqamətində əməliyyat aparılır.  

Bu kateqoriyadaki digər xəbərlər