AZ EN RU TR

azerbaijan news app
Thumbnail

ABŞ rusiyalı oliqarxlara, rəsmi şəxslərə və dövlət qurumlarına yeni sanksiya tətbiq edib

2018-04-06 16:30 | www.apa.az | 18

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. 

APA-nın xəbərinə görə, 7 rusiyalı iş adamına, 17 dövlət məmuruna və 12 şirkətə qarşı yeni sanksiyalar tətbiq olunub.

Siyahıda Oleq Deripaska, Mixail Fradkov, Sergey Fursenko, Andrey Kostin, Viktor Vekselberq, Kirill Şamanov, Süleyman Kərimov kimi tanınmış iş adamlarının, "Qazprom"un rəhbəri Aleksey Miller, daxili işlər naziri Vladimir Kolokoltsev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov və digər şəxslərin adları var.

Bu kateqoriyadaki digər xəbərlər