AZ EN RU TR

azerbaijan news app
Thumbnail

ABŞ Senatında yeni dövlət katibi ilə bağlı dinləmələr keçiriləcək

2018-04-07 04:39 | www.apa.az | 16

Aprelin 12-də ABŞ Senatının xarici işlər üzrə komitəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Mayk Pompeonun dövlət katibi postuna təsdiqi ilə bağlı dinləmələr keçiriləcək.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu komitənin sədri Bob Korker bəyan edib.

Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək  dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.

Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini  Con Sallivan icra edir. O bu vəzifəni M. Pompeonun namizədliyi Konqres tərəfindən rəsmən təsdiq edilənədək tutacaq.

Bu kateqoriyadaki digər xəbərlər