AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Braziliyada Venesuela ilə sərhədi bağlamaq təklif edilib

2018-04-14 02:18 | www.apa.az | 19

Braziliyanın Rorayma ştatının hökuməti miqrant axını səbəbindən Venesuela ilə sərhədlərin  bağlanılmasını təklif edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ştatın qubernatoru Sueli Kampos məsələ ilə bağlı Braziliya Ali Məhkəməsinə müraciət edib.

“Minlərlə məcburi köçkünün problemləri həll edilməyənədək sərhəd müvəqqəti bağlanmalıdır. Hazırda Rorayma ştatında venesuelalı miqrantların sayı 50 minə yaxındır”, deyə S.Kampos qeyd  edib.

Qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, son dörd il ərzində 4 milyondan çox Venesuela vətəndaşı ölkəni tərk edib. Miqrantlar əsasən Braziliya, Kolumbiya və Panamaya üz tutur, bəzilər Ekvador, Peru, Çili, Argentina, ABŞ, Meksika və Kosta-Rikaya üstünlük verir.

Qeyd edək ki, son illər Venesuela ərzaq mallarının qıtlığı, yüksək inflyasiya, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar ölkənin gəlirinin azalmasından əziyyət çəkir. Ölkədə  Nikolas Maduronun apardığı siyasətə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Bu kateqoriyadaki digər xəbərlər