AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İrəvanda polis və nümayişçilər arasında toqquşma baş verib

2018-04-16 17:17 | www.apa.az | 15

İrəvanın mərkəzində vəziyyət gərginləşib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Baqaramyan prospektində polis və nümayişçilər arasında toqquşma baş verib. Nümayişçilər polis səddini yararaq Konstitusiya Məhkəməsinin binasına çatıblar. Lakin polis onların qarşısını tikanlı məftillərlə kəsib. Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edilib. Aksiyanın təşkilatçısı, parlamentin deputatı Nikol Paşinyan xəstəxanaya yerləşdirilib.

Polis hazırda vəziyyəti nəzarətə götürməyə çalışır. Aksiya gedən əraziyə su püskürdən maşınlar gətirilib.

Qeyd edək ki, kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Bu kateqoriyadaki digər xəbərlər