AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Bakı-Qazax yolunda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var

2018-04-16 17:21 | www.apa.az | 17

Bakı-Qazax avtomobil magistralında yol-nəqliyyat hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Samux rayonu, Zazalı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı sərnişin avtobusu ilə “Chevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənova Kəmalə Qara qızı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bu kateqoriyadaki digər xəbərlər