AZ EN RU TR

azerbaijan news app
Thumbnail

"Metak" istiqrazları BFB-də listinqə qəbul edilib

2018-04-16 17:52 | www.apa.az | 15

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Met-Ak”MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.

 

Bu barədə "APA-Economics"ə BFB-dən məlumat verilib. Məlumata görə, nominal dəyəri 2 mln. manat olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 12%-dir. 

 

İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

 

"Metak" istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ2002020272

faizli sənədsiz adlı təmin edilməmiş istiqraz

“Met-Ak” MMC

3 000 (ədəd)

1 000 AZN

standart

Bu kateqoriyadaki digər xəbərlər