AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Füzulidə raket mərmisi aşkarlanıb

2018-04-16 19:37 | www.apa.az | 14

Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin  “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə (ANAMA) Füzuli rayonu, Gecəgözlü kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə  baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış raket mərmisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamış raket mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu kateqoriyadaki digər xəbərlər