AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Yevlaxda ağır yol qəzası baş verib

2018-04-16 19:57 | www.apa.az | 14

Yevlaxda ağır yol qəzası baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Yevlax rayonu ərazisində baş verib.

Hərəkətdə olan  “VAZ-2106” markalı  “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına düşüb. 

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə,  qəza zamanı avtomobildə  4 nəfər olub.  

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Bu kateqoriyadaki digər xəbərlər