AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Gələn il Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

2018-04-17 09:58 | www.apa.az | 10

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşü keçirilib.

ASA-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, ABA-nın sədri Zakir Nuriyev, AMFİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov və AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşovun iştirakı ilə baş tutub.

Görüşün əsas müzakirə mövzusu Maliyyə sərgisinin keçirilməsi olub. Sərginin məqsədi maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi və təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğu bildirilib.

Görüşdə sərgiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan Maliyyə sərgisinin gələn ilin ortalarında keçirilməsi qərara alınıb. 

Bu kateqoriyadaki digər xəbərlər