AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Məleykə Abbaszadə: "Buraxılış imtahanlarının nəticələrinin 2 il qüvvədə qalması planlaşdırılır"

2018-04-17 11:43 | www.apa.az | 13

"Əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməlidirlər. Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, əvvəlki illərin məzunları qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar.

DİM sədrinin sözlərinə görə, bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə qalması planlaşdırılır.

Bu kateqoriyadaki digər xəbərlər