AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İndiyədək TANAP-a xərclənən vəsait açıqlandı

2018-04-17 14:22 | www.oxu.az | 13

Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinə indiyədək 5,6 mlrd. ABŞ dolları xərclənib.

Oxu.Az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol jurnalistlərə bildirib.

O qeyd edib ki, TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollar təşkil edir. İndiyə qədər 5,6 mlrd. dollar vəsait xərclənib. Layihənin ilkin dəyəri 11,8 mlrd. dollar dollar olub, yəni 32% qənaət olunub. 

TANAP-ın səhmdarları indiyədək 3,75 mlrd. dollar kredit cəlb edib.

L.Ə.

Bu kateqoriyadaki digər xəbərlər