AZ EN RU TR

azerbaijan news app
Thumbnail

İxtisas Komissiyasından rəy alan 86 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb

2018-04-17 18:39 | www.apa.az | 13

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilir, onlardan növbəti 94 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib.

Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 86 nəfər vəkilliyə namizəd aprelin 23-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.

İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı da açıqlanıb.

Bu kateqoriyadaki digər xəbərlər