AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb

2018-04-17 22:05 | www.apa.az | 12

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin müavini Bəkir Bozdaq bildirib.

Bundan əvvəl prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib. Daha sonra hökumətin iclası keçirilib.  

Sabah isə parlamentdə müvafiq qərarla bağlı səsvermənin keçiriləcəyi gözlənilir. Qərarın təsdiqi üçün 276 səs gərəkdir.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.

Bu kateqoriyadaki digər xəbərlər