AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Kosmik fəzadan müəmmalı siqnallar daxil olub

2018-04-18 00:04 | www.oxu.az | 11

Amerikalı alimlər kosmik rentgen şüalanma spektrini araşdırıb və 3,5 kiloelektronvolt (keV) enerji səviyyəsində emissiya xətti aşkarlayıb.

Oxu.Az “Phys.org”a istinadən xəbər verir ki, bu naməlum radiasiya mənbəyinin mövcud olduğunu təsdiq edir.  

Emissiya xətti müəyyən spektr sahəsində şüalanma intensivliyinin artmasına deyilir. Şüalanma intensivliyi arta və bəzən əksinə zəifləyə bilir (sonuncu halda söhbət xətti udma prosesindən gedir). Bu atomların, ionların və molekulların digər enerji səviyyəsinə keçidi səbəbindən baş verir və nəticədə şüa ayrılır və ya udulur.

Lakin və 3,5 kiloelektronvolt emissiya xəttinin mənşəyi indiyə kimi müəyyən edilməyib. Belə ki, bu xəttlər elmə məlum olan foton emissiyalardan heç birinə uyğun gəlmir. Müxtəlif istiqamətlərdə baş verən şüalanma bir neçə kosmik teleskop, o cümlədən,  “NuSTAR, “XMM –Newton”, “Chandra” və “Suzaku” teleskopları ilə qeydə alınıb.

F.M.

Bu kateqoriyadaki digər xəbərlər