AZ EN RU TR

azerbaijan news app
Thumbnail

ABŞ-da qaradərililərə işgəncələr vermiş həkimin heykəli söküldü – VİDEO

2018-04-18 02:44 | www.oxu.az | 15

ABŞ-ın Nyu-York şəhərində çox saylı etirazlardan sonra “Central Park”da  yerləşən həkim Ceymz Marion Simzin abidəsi sökülüb.

Oxu.Az xəbər verir ki, ölkəni bürüyən irqi zəminli etirazlardan sonra Nyu-York meri Bil de Blazio Konfederasiya dövrünə aid heykəllərlə bağlı xüsusi işçi qrup yaradıb.

Qalmaqallı həkimin 1894-cü ildə ucaldılmış heyklənin onun məzarının yerləşdiyi xiyabana köçürülməsinə qərar verilib.

Simz 19-cu əsrdə cərrah işləyib və  qaradərili qul qadınlar üzərində müxtəlif təcrübələr aparıb.  Habelə onun tibbin ginekologiya sahəsinə böyük töhfələr verdiyi bildirilir.

F.M.

Bu kateqoriyadaki digər xəbərlər