AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Kubada prezidentliyə namizəd məlum olub

2018-04-18 21:23 | www.apa.az | 16

Kuba parlamenti ölkənin vitse-prezidenti Miqel Dias-Kanelin prezidentliyə namizədliyini irəli sürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təklif parlament tərəfindən müzakirə ediləcək, son qərar aprelin 19-da açıqlanacaq.

Seçildiyi təqdirdə Miqel Dias-Kanel 1959-ci il inqilabından sonra  Kastro ailəsindən olmayan ilk dövlət başçısı olacaq.  Vitse-prezident postuna Salvador Valdes Mesanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Kubanın hazırkı prezidenti Raul Kastro vəzifəsini tərk etmək qərarına gəlib.

Bu kateqoriyadaki digər xəbərlər