AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Tramp Kim Çen Inla görüşəcəyini təsdiqləyib

2018-04-19 02:43 | www.apa.az | 13

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu dövlət başçısı ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Bildiyiniz kimi, yaxın həftələrdə Kim Çen Inla görüşüm olacaq.  Bu görüşün bütün dünya üçün uğurlu olması üçün əlimdən gələni edəcəm”, deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Şimali Koreya prezidenti Kim Çen Inla görüşdüyünü bəyan edib.

Bu kateqoriyadaki digər xəbərlər