AZ EN RU TR

azerbaijan news app
Thumbnail

"Time" jurnalı dünyanın ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb

2018-04-20 17:34 | www.apa.az | 17

ABŞ-ın "Time" jurnalı dünyanın ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb. 

APA-nın xəbərinə görə, siyahıya 100 nəfərin adı daxil edilib. 
 

Siyahıya daxil edilənlər "Novator", "İncəsənət nümayəndələri", "Liderlər", "Kumirlər" və "Titanlar" kimi kateqoriyalar bölünüb. 
    

"Liderlər" kateqoriyasına ABŞ dövlət başçısı Donald Tramp, Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Markl, Fransa prezidenti Emmanuel Makron, Çin lideri Si Szinpin, Şimali Koreya lideri Kim Çen In, Yaponiya baş naziri Sindzo Abe, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd ibn Salman, Kanada baş naziri Castin Trydo, Argentina prezidenti Maurusio Makri, İraq baş naziri Heydər əl Əbədi, Zimbabve prezidenti Emmerson Mnanqaqva, xüsusi prokuror Robert Müller, “Microsoft”un baş direktoru Satya Nadella, London meri Sadik Xan və başqa şəxslərin adı daxil edilib. 

"İncəsənət adamları" kateqoriyasına aktrisa Nikol Kidman, aktyor Hyu Cekman və başqaların adları daxil edilib. "Kumirlər" kateqoriyasında isə Cennifer Lopez, Rihanna, sinqapurlu yazıçı Kevin Kvan, ifaçı Keşa və digərləri yer alıb.

"Titanlar" kateqoriyasında amerikalı aparacı Opru Uinfri, "Amazon"un rəhbəri milyarder Ceffa Bezosa və başqaları,  "Novatorlar" kateqoriyasında isə amerikalı komediya aktrisası Tiffani Xadiş, NASA astronavtı Peqqi Uitson və digərlərinin adları var. 

Bu dəfəki siyahıda heç bir rusiyalının adı yoxdur.

Bu kateqoriyadaki digər xəbərlər