AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Heydər Əliyev mərkəzinin yaradıcısından “kosmik” layihə - VİDEO

2018-04-20 18:21 | www.oxu.az | 18

Sosial şəbəkədə yaydığı videoda “Capital Group”un rəhbəri Vladislav Doronin bildirib ki, Moskva yaxınlığındakı Barvixa qəsəbəsində yerləşən “Capital Hill Residence” malikanəsi Zaha Hadidin layihəsi əsasında hazırlanıb. 

Oxu.Az xəbər verir ki, Zaha Hadidin ölümündən sonra 2016-cı ildən tikinti “Zaha Hadid Architects”in rəhbəri Partik Şumaxer tərəfindən yekunlaşdırılıb. 

Malikanənin sahəsi üç min kvadratmetrdən çoxdur. Tikilinin daxilində hovuz, spa-salon və gecə klubu var. Kosmik gəmiyə oxşar evin tikintisi üçün 140 milyon dollar xərclənib. 

Xatırladaq ki, Zaha Hadid 2012-ci ildə Bakının ən gözəl tikililərindən olan Heydər Əliyev Mərkəzinin layihəsini verib. 

Əli Məmmədov

Bu kateqoriyadaki digər xəbərlər