AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Opera və Balet Teatrında "Cavad xan" baletinin premyerası olacaq

2018-05-16 18:37 | www.trend.az | 17

Bakı. Trend:

İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Bu kateqoriyadaki digər xəbərlər