AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Qubada itkin düşmüş alpinistlərin meyitləri tapılıb

2018-05-16 19:11 | www.trend.az | 24

Bakı. Trend:

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayılıb.

Trend-in FHN-nin saytına istinadən məlumatına görə, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində bu gün axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib. Əlavə məlumat veriləcək.

Bu kateqoriyadaki digər xəbərlər