AZ EN RU TR

azerbaijan news app
Thumbnail

"7 gözəl" sərgi, şou və moda gecəsi keçiriləcək

2018-05-16 20:51 | www.trend.az | 35

Bakı. Trend:

"Pi Group Production" iyunun 9-da "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsinə hazırlaşır.

Trend-in məlumatına görə, “Elite Events Hall”da keçiriləcək "7 gözəl" adlı "Beauty Fashion Show"da 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, retro və lüks avtomobillərin şousu, rəqs qruplarının və müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutacaq. Gecənin aparıcısı Zümrüd Qasımovadır. Gecədə sizi sevilən müğənnilərimiz Murad Arif, Samira Allahverdiyeva, Ayaz Babayev, Sura İskəndərli Pərvanə, Aysun İsmayılovanın ifaları, Azəri atəşi və Nero rəqs qruplarının çıxışı, rəqqasə Aygünün alovlarla ecazkar rəqsi gözləyir.

Tədbirin sonunda tanınmışların uşaqları podiuma çıxacaqlar.

Layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədovadır.

Bu kateqoriyadaki digər xəbərlər