AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycanın U-20 yığması Gürcüstana məğlub olub

2018-05-16 22:14 | www.apa.az | 55

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olub. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini “Dalğa Arena”da qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

16 may

Azərbaycan U-20 – Gürcüstan U-20 - 1:2

Qollar: Ziya Əzizov, 66 - Muciri, 78, David Samurkasovi, 83

Bu kateqoriyadaki digər xəbərlər