AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Vergilər Nazirliyi ödəyicilərə müraciət edib

2018-05-18 11:56 | www.trend.az | 4

Bakı. Trend:

Vergilər Nazirliyi uzun illərdir ki, müasir informasiya texnologiyalarından istifadə etməklə vergi inzibatçılığında rəqəmsal modernləşdirmə prosesini inkişaf etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vergi sistemində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq edilməsi daxili sənəd dövriyyəsinin, hesabat-məlumat sisteminin tam elektronlaşdırılmasına, elektron xidmətlərin, xüsusilə də e-kargüzarlığın inkişafına təkan verib. Elektron vergi-hesab fakturalarının, e-bəyannamə və "onlayn kargüzarlıq" sistemlərinin və digər xidmətlərin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə "real vaxt" rejimində baxmaq imkanları verib. Bütün bu elektron xidmətlərin mahiyyətini qıcasa olaraq belə ifadə etmək olar: Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır.

Vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini tələb edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması kumulyativ effektə malikdir. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməl etmə səviyyəsinin yüksəltməyinin əsasıdır. Bu cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün şəffaflığı təmin etməyə xidmət edir.

Vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında birbaşa fiziki təmasların minimumlaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Vergilər Nazirliyinin “onlayn kargüzarlıq” sistemi vergi orqanı ilə sahibkar arasında məsafədən ünsiyyəti qurmaq baxımından xüsusilə əhəmiyyətlidir. Məlum olduğu kimi, hər bir vergi ödəyicisinə bu sistemdən yararlanmaq imkanı yaradılıb. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan hər bir vergi ödəyicisinə İnternet Vergi İdarəsində fərdi elektron qutu (e-qutu) yaradılır və ona qapalı zərfdə müvafiq istifadəçi kodu, parol və şifrə təqdim olunur.

Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır. Fərdi elektron qutuya malik vergi ödəyicisi nə əldə edir:

Birincisi, vergi orqanı ilə elektron yazışmalara keçən ödəyici üçün ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsinə zərurət qalmır, sahibkar vaxt və resurs itkilərinə məruz qalmır.

İkincisi, e-qutunun tətbiqi sayəsində vergi ödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə edə bilmək imkanı qazanır.

Üçüncüsü, vergi ödəyicilərinə göndəriləcək sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir.

Bu kateqoriyadaki digər xəbərlər