AZ EN RU TR

azerbaijan news app
Thumbnail

"Unibank"ın rəhbərliyində dəyişiklik olub

2018-05-18 15:02 | www.apa.az | 14

“Unibank”  KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə Heyəti Sədrinin Pərakəndə bank xidmətləri və Marketinq üzrə müavini Taleh Tahirli ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.

Taleh Tahirli iş karyerasına 2007-ci ildə Unibankın marketinq şöbəsinin aparıcı mütəxəssisi olaraq başlayıb və Unibank onun üçün bir məktəb olub. Öz işgüzarlığı, bank rəhbərliyinin etimadı sayəsində İdarə Heyəti sədrinin müavini vəzifəsinədək yüksəlib.

"Bank rəhbərliyi T. Tahirlinin Bankın inkişafına verdiyi böyük töhfələrə görə ona minnətdarlığını bildirir və bundan sonrakı iş həyatında uğurlar arzulayır. Taleh Tahirli Unibankdakı fəaliyyəti dövründə özünü peşəkar bank meneceri və istedadlı iş adamı kimi göstərib. Unibankın bazarda liderlərdən biri olmasında onun böyük əməyi var. Bankın səhmdarları dürüst və səmərəli işinə görə Taleh Tahirliyə minnətdarlığını bildirir", - deyə məlumatda vurğulanıb.

Bu kateqoriyadaki digər xəbərlər