AZ EN RU TR

azerbaijan news app
Thumbnail

“II UNEC Science Slam”ın qalibi – reklamlar insan şüuruna necə təsir edir? (FOTO)

2018-05-18 16:07 | www.trend.az | 9

Bakı. Trend:

“II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-də təşkil edilən müsabiqənin final mərhələsində Təhsil Nazirliyi, AMEA, Elmin İnkişaf Fondu, Gənclər Fondu, Bilik Fondunun rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, görkəmli elm xadimləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Almaniya, Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrdən sonra Azərbaycanın adını ən populyar elmi platforma olan “Science Slam” tarixinə yazan UNEC bu il müsabiqədə yeniliklər tətbiq edib. Belə ki, “II UNEC Science Slam” müsabiqəsinə bu ildən digər fakültələrlə yanaşı, Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbələri də qatılıb.

Müsabiqənin formatına uyğun olaraq, fakültələrin qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını kreativ şəkildə təqdim ediblər. Tələbələrin sosial mediada uğurlu marketinq siyasəti, süni intellekt, xərclər, məhsulun sertifikatlaşdırılması, ünsiyyət vasitələri, əngəllilərin cəmiyyətə geri qaytarılması, reklam materiallarının insan şüuruna təsiri, pozitiv psixologiya, statik elektriklə idarə olunan nəqliyyat, davranış iqtisadiyyatı barədə tədqiqatları maraqla qarşılanıb.

Təqdimatlardan sonra qaliblərin çıxışları “Science Slam” qaydalarına uyğun olaraq, alqış sədaları ilə qiymətləndirilib. Qalibi xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozunu müəyyənləşdirib. 90.2 desibel (dB) səs tezliyində alqış qazanan Biznes və menecment fakültəsinin I kurs tələbəsi Amal Veysəlov “Hər şey göründüyü kimi deyil” mövzusu ilə “II UNEC Science Slam” müsabiqəsində I yerin sahibi olub. A.Veysəlov təqdimatında televiziyalarda yayımlanan reklam materiallarının insan şüuruna təsirini tədqiq edib.

Bu kateqoriyadaki digər xəbərlər