AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Bərdədə qəzalı vəziyyətdə olan körpünün sökülməsinə və yenisinin tikintisinə 3 milyon manat ayrılıb

2018-05-18 17:36 | www.apa.az | 16

Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin ilkin olaraq 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bu kateqoriyadaki digər xəbərlər