AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Prezidentin köməkçisi: "Aqrar sektorun maliyyə çıxışını asanlaşdırmaq üçün zəruri tədbirlər görüləcək"

2017-04-17 18:21 | www.apa.az | 96

"Kənd təsərrüfatında dayanıqlı maliyyələşməni təmin etmək üçün kənd təsərrüfatı subyektlərinin maliyyə vəsaitlərinə çıxışını asanlaşdırmaqla bağlı bütün zəruri tədbirlər görüləcək". "APA-Economics" xəbər verir ki, bunu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Yevlaxda keçirilən "Qeyri-neft ixracatçılarının  respublika müşavirəsi"ndə çıxışı zamanı bildirib.

“Bilirsiniz ki, bir neçə gün bundan qabaq kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, xüsusilə də bu sahədə maliyyə-kredit münasibətlərinin tənzimlənməsi üçün sərəncam imzalanıb. Bu sərəncama əsasən həmin sektorun dayanıqlı maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi, kənd təsərrüfatı subyektlərinin girov təminatı məsələləri, Kredit Zəmanət Fondunun yaradılması, eyni zamanda bütövlükdə maliyyələşmənin bütün alətlərini əhatə edən münasibətlər sisteminin yaradılması üçün sərəncam imzalanıb. Maliyyə Sabitliyi Şurası baş nazirin rəhbərliyi altında və Mərkəzi Bankın sədri, iqtisadiyyat naziri, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri, maliyyə naziri, kənd təsərrüfatı nazirinin iştirakı ilə bu işlə ciddi məşğuldur: “Bir ay müddətində mükəmməl tədbirlər planı hazırlanacaq və kənd təsərrüfatında dayanıqlı maliyyələşməni təmin etmək üçün kənd təsərrüfatı subyektlərinin maliyyə çıxışının asanlaşdırmaq üçün bütün zəruri tədbirlər görüləcək. Bununla bağlı prezidentin müvafiq tapşırığı var”.

Bu kateqoriyadaki digər xəbərlər