AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycandan aparılan 20 ton soğan Rusiyaya buraxılmayıb

2017-05-04 13:01 | www.apa.az | 68

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycandan Dağıstana 20 320 kq soğanın keçməsinə qadağa qoyub.


"APA-Economics" qurumun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, yük "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb.

Bildirilir ki, yük karantin yoxlamasından keçə bilməyib. Belə ki, soğanın tərkibində "Ambrósia artemisiifólia" adlanan təhlükəli bitki (alaq) aşkarlanıb.

Alağın mövcudluğunu Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Dağıstan filialı da təsdiqləyib.

Bu kateqoriyadaki digər xəbərlər