AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Nazirlik cənub bölgəsində zərərvericilərə qarşı mübarizə tədbirlərini gücləndirib

2017-07-03 17:10 | www.apa.az | 33

Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşə təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericisinin ikinci nəslinin tırtılları aşkar olunub.

Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 63 hektar, Lənkəranda 48 hektar, Masallıda isə 8 hektar meşə təsərrüfatı sahələrində adıçəkilən zərərvericilərə qarşı mübarizə aparılıb.

Tədbirlərin əsas məqsədi, adıçəkilən zərərvericilərin respublikamız ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısı almaqdan ibarətdir. 

Bu kateqoriyadaki digər xəbərlər