http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Nigarla şəkli müzakirə yaratdı
image
2019-02-01 10:12

“Eurovision” mahnı müsabiqəsinin milli seçim turlarının finalisti Tofiq Hacıyevin instaqramdakı paylaşımı müzakirələrə səbəb olub.  

“Qafqazinfo” xəbər verir ki, gənc ifaçı sosial şəbəkədə müsabiqə qalibi Nigar Camalla olan şəklini paylaşıb.   Tofiq “Əlin düşərli olsun” şərhi yazılmış arxiv fotonu yenidən yayımlayıb və “O il, bu il” rəyini yazıb. 

Bundan sonra bütün “Eurovision” fan səhifələri həmin paylaşımı yayaraq Tofiqin müsabiqəyə gedəcəyini iddia edib. 

Sözügedən reaksiyalardan sonra müğənni səhifəsindən həmin paylaşımı silib. 

“Qafqazinfo” mövzu barədə T. Hacıyevlə əlaqə saxlayıb.  “Paylaşmağa peşman oldum, bütün səhifələr paylaşdı. Elə-belə yazmışdım, səhv başa düşülüb ki, mən gedirəm.  Düşünmədən paylaşdım, ağlıma gəlmədi ki, belə eliyəcəklər. Yarışmaya gedəcək şəxs barədə məlumatım yoxdu, bunu İTV rəsmi olaraq açıqlayacaq”- deyə sənətçi bildirib.  

Qeyd edək ki, finalistlərin Samirə Əfəndi, Ləman Dadaşova və Çingiz Mustafayevin olduğu iddia edilir. Bir neçə həftə sonra İTV rəsmi olaraq müsabiqəyə gedəcək şəxsin kimliyini açıqlayacaq. 

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory