azerbaijan news app
Oksford Məktəbinin müəllim və şagirdləri “Azərxalça”nın Şəmkir filialı ilə tanış olublar (FOTO)
image
2018-07-13 18:41

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ölkəmizin bölgələrində fəaliyyət göstərən filialları xalçaçılığın təbliği ünvanı kimi də mühüm əhəmiyyət daşıyır. Son vaxtlar ictimaiyyətin nümayəndələri, ölkəmizin regionlarına səfər edən qonaqlar, məktəblilər tez-tez “Azərxalça”nın filialları ilə tanış olur, milli dəyərimiz olan xalça barədə ətraflı məlumat alırlar.

ASC-dən Trend-ə verilən məlumata görə, iyulun 13-də Bakı Oksford Məktəbinin və onun Şəmkir filialının müəllim və şagirdlərindən ibarət bir qrup “Azərxalça” ASC-nin Şəmkir filialı ilə tanış olub.

Məlumat verilib ki, 2016-cı ildə tikintisinə başlanılan filial binası 2017-ci il avqustun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada çalışan 66 toxucu qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxuyur. Gəncə şəhərinin, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir. Bu çeşnilər "Azərxalça"nın rəssamları tərəfindən hazırlanır. Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory