http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Oqtay Əsədov deputatlara irad tutdu: Səsvermədə iştirak etmirsiniz
image
2019-02-01 12:25

Bu gün Milli Məclisin növbəti - 2019-cu il yaz sessiyası öz işinə başlayıb. 

Oxu.Az xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib: 

“Belə ki, qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.

O bildirib ki, bir çox qanun layihələri, o cümlədən, baş nazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk başlanğıcında deputatlara iradını bildirib: 

“Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

Kamil HƏMZƏOĞLU

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory