http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Ötən il əcnəbilərlə nə qədər Azərbaycan vətəndaşı evlənib?
image
2019-02-01 08:31

Əcnəbilərlə nikah bağlayan və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu göstərici 2017-ci ildə 2429 olub.

Bununla yanaşı, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub.

Qeyd edək ki, son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər. Son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər isə əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory