http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Özbəkistanın vergi sistemi və “Cybernet” şirkəti vergi inzibatçılığında müasir İKT-nin tətbiqi üzrə əməkdaşlığı gücləndirir
image
2019-02-01 10:19

Bakı. Trend:

Azərbaycanın qabaqcıl İT həllər təminatçısı olan “Cybernet” şirkəti Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsi nəzdində Yeni Texnologiyalar üzrə Elmi-Məlumat Mərkəzi ilə əməkdaşlığa və qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb.

Memorandumu Özbəkistan tərəfindən Mərkəzin direktoru Xayotjon Nasrulloyev, qarşı tərəfdən isə “Cybernet” şirkətinin biznesin inkişafı üzrə direktoru Fuad Əhmədov imzalayıblar. İmzalanma mərasimi 28 yanvar 2019-cu il tarixində Özbəkistanın Daşkənd şəhərində baş tutub. Qeyd edək ki, Mərkəzin başlıca vəzifələri Özbəkistanın vergi sisteminin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması, tətbiqi və dəstəklənməsindən ibarətdir.

Sözügedən anlaşma sənədi tərəflər arasında indiyədək mövcud olan əməkdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi və birgə fəaliyyətin daha mütəşəkkil qaydada təşkilini dəstəkləmək məqsədini güdür. Tərəflərin səmərəli işgüzar əlaqələrinin məntiqi davamı olan memorandumda “Cybernet” və Mərkəz arasında texnoloji sahədə işbirliyinin gələcək istiqamətləri müəyyən olunaraq təsvir edilir. Sənədə əsasən, tərəflər İT-konsaltinq, informasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və informasiya texnologiyalarının idarə olunması sisteminin təkmilləşdirilməsi, e-qaimə sisteminin effektiv formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə proqram məhsullarının hazırlanması, sövdələşmələrin və maliyyə sənədlərinin imzalanması və təsdiqlənməsi məqsədilə gücləndirilmiş mobil elektron imzanın tətbiqi, “Tax Free” və “E-Invoice” sistemlərinin, eləcə də ƏDV üzrə vahid depozit hesabının yaradılması, həmçinin dövlət xidmətlərinin göstərilməsinin effektiv təşkili məqsədilə mobil texnologiya və həllərin tətbiqi sahəsində əməkdaşlıq edəcək.

Memorandumun imzalanması mərasimindən sonra “Cybernet” şirkətinin nümayəndələri ilə Özbəkistanın Dövlət Vergi Komitəsinin sədr müavini Xotambek Şakirovla görüş keçirilib.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory