http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Parlamentin komissiyalarının tərkibi dəyişdirilib - ADLAR
image
2019-02-01 13:20

Milli Məclisin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.

Oxu.Az xəbər verir ki, İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qanunverici orqanın Hesablayıcı komissiyasının tərkibi olduğu kimi qalıb.

Belə ki, komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.

Kamil Həmzəoğlu

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory