http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Piter Teys: Boltonun telefon zəngi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir
image
2019-02-01 11:57

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir.

Bunu Trend-ə Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, eləcə də regionda və onun hüdudlarından kənarda təhlükəsizlik məsələlərinin həlli üçün yaxşı imkan idi:

“Con Boltonun telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir. Prezident Donald Trampın administrasiyası növbəti dəfə Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə diqqət nümayiş etdirdi”.

ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən danışan ekspert vurğulayıb ki, iki ölkə arasında ənənəvi ittifaq Qafqaz regionunda vəziyyətin sabitləşməsinə, Azərbaycanın suverenliyinin dəstəklənməsinə xidmət edir:

“Azərbaycan dünyanın iri iqtisadiyyatlarının etibarlı tərəfdaşıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla reallaşdırılması Azərbaycanı regionda aparıcı müttəfiqə və Avrasiya nəqliyyat yolları üzərində əsas tərəfdaşa çevirdi”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory